• Az
  • En

Şirkət haqqında

Günay SığortaAzərbaycanın ilk özəl sığorta şirkətlərindən biri olan «Günay Sığorta» 1992-ci ildən fəaliyyət göstərir.
22 il ərzində respublikamızın sığorta bazarında nüfüz sahibi olan şirkət öz müştərilərinə beynəlxalq standartlara müvafiq, keyfiyyətli xidmət göstərir.

Günün 24 saatı, həftənin 7 günü, ilin 365 günü ərzində şirkət müştərilərin bütün təmin edilmiş qayğılarını üzərinə götürür, az bir vaxtda onları həll edir. Dəyərli söz sahibi kimi əməkdaşlarımız müştərin çətin anında daim onların yanındadırlar.
«Günay Sığorta»nın hazırki müştəriləri arasında dünya biznes aləmində nüfuz sahibi olan «Siemens», «General Elektrik», «Coca-Cola», «Qaradağ Sement», «Hyatt Regency», «McDonalds», «Panalpina», «McDermott», «Schlumberger», «Berlin Chemie», «Holiday İnn», «OHL JS», «Turkish Petroleum Overseas Co», «BMT inkişaf Proqramı» və s. kimi şirkətlər, Respublikamızda fəaliyyət göstərən səfirliklər vardır.
Artıq 19 ildir ki, Türkiyənin ən böyük Günay Sığortasığorta şirkəti olan «Anadolu Sığorta» ilə əməkdaşlıq müvəffəqiyyətlə davam etdirilir. Bundan başqa dünyanın tanınmış sığorta və təkrar sığorta şirkətləri olan «Zurich», «ACE», «Allianz», «FM Global» və s. kimi şirkətlərlə birgə işləyirik.
«Günay Sığorta» öz müştərilərinə 22 sığorta növü üzrə xidmət göstərir.
Şirkət Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 04.09.1992-ci il tarixdə 235 saylı şəhadətnamə ilə qeydiyyata alınmış, 14.08.2008-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən sığorta fəaliyyəti ilə məşğul olmağa dair 042483 saylı müddətsiz lisenziya verilmişdir.
Əmlak və sağlığınızı şirkətimizdə sığortalamaqla özünüzün və övladlarınızın etibarlı sabahını təmin etmiş olursunuz. Səhlənkarlığınızın qurbanı olmayın!


Gənc ailələrə dəstək

Azərbaycan əhalisinin 30 % - ni 28 – 30 yaşlı gənclər təşkil edir.Yeni ailə həyatı qurmuş gəncləri dəstəkləmək məqsədilə “ Günay Sığorta” ASC “ Gənc ailə” paketi üzrə sığorta xidmətləri təklif edir. Paketdə güzəştlər nəzərə alınmaqla daşınmaz əmlakın, avtomobilin və sağlamlığın sığortalanması xidmətləri daxildir. Əgər adi hallarda yanğın sığortası əmlakın dəyərinin 0,3 %, avtomobillərin buraxılış ilindən asılı olaraq dəyərin 3,5 – 5 % - i, tibbi sığorta isə adambaşı 600 manatdan başlayaraq sığortalanarsa, “ Gənc ailə” paketində yanğından sığorta dəyərin 0,15 % - dən avtomobillər 2,8 % - dən başlayaraq, sağlıq sığortası isə ( doğuş daxil deyil) 300 manat sığorta haqqı ilə 5000 manatadək limitlə sığortalanacaqlar.

Vaxtınızı itirməyin, elə indi bizə müraciət edin!

22 il Sizinlə birgə addımlayan “ Günay Sığorta” ASC.
Əlaqə ( 994 – 12) 492-31-83      ( 050) 213-60-05.

“Yeni emissiya."

“Günay Sığorta” ASC məcmu kapitalın Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin tələb olunan 5 milyon manat həddinə çatdırılmış və 2300000 manat dəyərində adi səhmlərin buraxılışına dair yeni emissiya elan etmişdir. 10.02.2015-cü il tarixdə hər birinin nominal dəyəri 1000 manat olmaqla 2300 ədəd sənədsiz adlı qiymətli kağızların buraxılışına dair emissiya Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən AZ 1001008346 qeydiyyat nömrəsi ilə Qiymətli Kağızlar Dövlət Reyestrində qeydə alınmışdır. ......>>>

«Günay Sığorta» ASC-nin 2014-cü il üçün hesabatı

2014-ci ilin nəticələrinə görə “Günay Sığorta” ASC tərəfindən şirkətimizdə mövcud olan 21 sığorta xidməti üzrə 205241,29 manat məbləğində sığorta müqavilələri bağlanmışdır.......>>>

“Yeni emissiya."

“Günay Sığorta” ASC məcmu kapitalın Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidmətinin tələb olunan 5 milyon manat həddinə çatdırılması məqsədilə 1200000 manat dəyərində adi səhmlərin buraxılışına dair yeni emissiya elan etmişdir. 16.04.2014-cü il tarixdə hər birinin nominal dəyəri 1000 manat olmaqla 1200 ədəd sənədsiz adlı qiymətli kağızların buraxılışına dair emissiya Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən AZ 1001008346 qeydiyyat nömrəsi ilə Qiymətli Kağızlar Dövlət Reyestrində qeydə alınmışdır. ......>>>

“Günay Sığorta” ucuz sığorta haqqına deyil, yüksək keyfiyyətlə işləməyə üstünlük verir.

Azərbaycanın ilk özəl sığorta şirkətinin rəhbəri sığorta bazarındakı hazırki durumdan razı deyil. "Günay Sığorta" şirkəti təkcə "Ramstor" ticarət mərkəzində baş verən yanğına görə 4,7 milyon ABŞ dollar məbləğində ödəniş edən şirkətdir. “Biz müştərilərimizin daşınmaz və daşınan əmlaklarının qorunmasına, zərər olduqda bərpasına təminat veririk. Zərər vaxtı müştərilərimiz üçün problem yaratmır, onun əvvəlki vəziyyətə gətirilməsinə çalışırıq. Biz çətin günün dostuyuq. Günün 24 saatı, həftənin 7 günü müştərilərimizin yanındayıq” deyə İ.Əmiraslanov mövqelərini bildirdi. ......>>>

“Günay Sığorta” ASC-nin 2013-cü il üçün hesabat.

2013-ci ilin nəticələrinə görə “Günay Sığorta” ASC tərəfindən şirkətimizdə mövcud olan 21 sığorta xidməti üzrə 383283,16 manat məbləğində sığorta müqavilələri bağlanmışdır......>>>

“Günay Sığorta” ASC-nin 2013-cü ilin 9 aylığı üçün hesabat.

2013-cü ilin 9 ayı ərzində 21 sığorta növü üzrə 276.897,07 manat məbləğində sığorta müqavilələri bağlanmışdır. Onlardan 91.836,55 manat məbləğində əmlakın yanğından sığortalanması, 108.717 manat məbləğində nəqliyyat vasitələrinin könüllü sığortalanması, 55.597,88 manat məbləğində tibbi və səfər sığortası, 13.831,64 manat.....>>>

«Günay Sığorta» 2013 - cü il yay mövsümü üçün şok təkliflərimiz

Uşaqdan – böyüyədək hamının səbirsizliklə gözlədiyi yay fəsli nəhayətki gəldi. Orta və ali məktəblərdə dərs ili sona çatdı. İl ərzində çalışmış insanlar indi ailələri ilə birlikdə istirahətlərinin necə və harada təşkili barədə düşünürlər. Bəzilərimiz istirahətlərini respublikamızın səfalı zonalarında, digərləri ölkəmizdən xaricdə dincəlmələrini planlaşdırırlar.....>>>

«Günay Sığorta» Auditor Rəyi 2012

“Günay Sığorta” Açıq Səhmdar Cəmiyyətinin səhmdarlarına : Mən, sərbəst auditor Vəli Oruc oğlu Bayramov “Günay Sığorta” açıq səhmdar cəmiyyətinin (bundan sonra “Cəmiyətin”) 31 dekabr 2012-ci il tarixdə tamamlanan il üzrə hazırlanmış ...>>>

«Günay Sığorta» ASC-nin 2012-cu il üçün hesabatı

2012-ci ilin nəticələrinə görə “Günay Sığorta” ASC tərəfindən şirkətimizdə mövcud olan 21 sığorta xidməti üzrə 454912,20 manat məbləğində sığorta müqavilələri bağlanmışdır. Onlardan 200027,21 manat məbləğində müqavilələr fiziki və hüquqi şəxslərə məxsus olan əmlakın könüllü yanğından sığortalanması, 150760 ...>>>

«Günay Sığorta» ASC-nin 2011-cu il üçün hesabatı

2011-ci ilin nəticələrinə görə “Günay Sığorta” ASC tərəfindən şirkətimizdə mövcud olan 21 sığorta xidməti üzrə 485289,69 manat məbləğində sığorta müqavilələri bağlanmışdır. Onlardan 231881,43 manat məbləğində müqavilələr fiziki və hüquqi şəxslərə məxsus olan əmlakın könüllü yanğından sığortalanması, 151552 manat məbləği nəqliyyat vasitələrinin könüllü sığortalanması, 23419,41 manatı avadanlığın sığortalanması...>>>

Novruz - 2013 kampaniyamız



Əziz həmvətənlərimiz !

Sizin Novruz bayramınızı təbrik edir, hər birinizə cansağlığı, uzun və mənalı ömür, səadət, xoşbəxtlik və bol ruzi arzulayırıq. Novruz yeni GÜN deməkdir. Bu yeni gündə «GÜNAY Sığorta» Sizi hər gün, 24 saat ərzində sığortalamağa, rastlaşa biləcəyiniz problemlərdən sığortalanmağa dəvət edir. Bu ilki bayram ...>>>