XƏBƏRLƏR

"Günay Sığorta" talassemiya xəstələri üçün könüllü qanvermə aksiyası təşkil edib.

      «Korporativ-Sosial Məsuliyyət» proqramı çərçivəsində "Günay Sığorta" Azərbaycan Talassemiya Federasiyası ilə birlikdə talassemiya xəstələrinə dəstək olmaq məqsədilə 13.10.2017-ci il tarixində təmənnasız qan vermə aksiyası keçirmişdir. Dəvət olunmuş altı tibb işçisi donorları yoxlayaraq qanın analizini aparmışdır. Şirkətin rəhbərliyi və əməkdaşları aksiyada könüllü olaraq iştirak etmişdir. 
       Bu aksiyalar təkcə Azərbaycan iqtisadiyyatının yox, həmçinin insan amilinin inkişafında böyük rol oynayır və "Günay Sığorta" olaraq daim belə aksiyalarda iştirak etməyi özümüzə borc bilirik.
      «Korporativ-Sosial Məsuliyyət» Proqramı çərçivəsində "Günay Sığorta" təhsil, idman sahəsindən tutmuş, ətraf mühitin mühafizəsi üzrə layihələrə qədər müxtəlif sahələrdə çoxsaylı layihələrə dəstək olmuşdur.