XƏBƏRLƏR

"Günay sığorta" şirkətinin dəstəyi ilə Braziliya Jiu-Jitsu'su üzrə beynəlxalq turnir keçirilmişdir

23.07.2017-ci il tarixində "Günay sığorta" şirkətinin və Beynəlxalq "JSJ" təşkilatının dəstəyi ilə Braziliya Jiu-Jitsu'su üzrə beynəlxalq turnir keçirilmişdir. Turnirdə 200-dən çox Azərbaycan Respublikası, Rusiya Federasiyası, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Ukrayna və Qazaxıstan Respublikası idmançıları öz güclərini sınamışlar. Qazanılmış medalların sayına görə Azərbaycan yığma komandası 1-ci yer, Birləşmiş Ərəb Əmirlikləri komandası 2-ci yer, Rusiya Federasiyası komandası 3-cü yerə layiq görülmüşdürlər.