XƏBƏRLƏR

"Günay sığorta" şirkətinin dəstəyi ilə Grappling və Grappling-gi üzrə dünya çempionatı keçirilmişdir.

 

      Azərbaycan yenidən mötəbər yarışa ev sahibliyi etdi. Bakıda oktyabrın 18-21-də kişilər və qadınlar arasında grappling və grappling-gi idman növləri üzrə dünya çempionatı keçirilmişdir. Çempionata “Günay Sığorta” ASC də dəstək olmuşdur. Turnirdə 25-ə yaxın ölkədən uşaq, yeniyetmə, gənc və veteran idmançılar iştirak etmişdirlər.
     «Korporativ-Sosial Məsuliyyət» Proqramı çərçivəsində "Günay Sığorta" təhsil, idman sahəsindən tutmuş, ətraf mühitin mühafizəsi üzrə layihələrə qədər müxtəlif sahələrdə çoxsaylı layihələrə dəstək olmuşdur.