XƏBƏRLƏR

"Günay Sığorta"nın dəstəyi ilə Azərbaycan Turizm forumu keçirilmişdir.

     25 noyabr tarixində Holiday İnn oteldə Azərbaycanda fəaliyyət göstərən yerli idarəetmədə olan otel və turizm agentliklərinin iştirakı ilə Azərbaycan Turizm forumu keçirilmişdir. Forum ümumi olaraq 2 panel olmaqla, 15 nəfər spikerin çıxışı ilə başa çatdırılmışdır. Forumda «Turizmdə İnnovasiyalar» və «Turizmdə Marketinq və Sosial Medianın idarə edilməsi» haqqında müzakirələr aparılmışdır. 

     Sosial məsuliyyət fəaliyyəti çərçivəsində bir çox layihələrin gerçəkləşməsində iştirak edən, Günay Sığorta illik keçirilən bu mühüm əhəmiyyətli tədbirin də sponsoru kimi çıxış etmişdir.