XƏBƏRLƏR

"Günay Bank" müştəriləri 14 günlük Səfər Sığortası hədiyyə qazanacaqlar.

Günay Bankın yeni “Novruz” kampaniyasına əsasən 1 mart – 30 mart 2018-ci il tarixlərində Günay Bankın istənilən filial və ya şöbəsindən, Master Card Standard (AZN/USD/EUR) 1, 2 və ya 3 illik kartı sifariş verən hər bir müştəriyə, Günay Sığorta tərəfindən, 14 günlük Səfər Sığortası hədiyyə edilir. Müştərilər 30 dekabr 2018-ci il tarixinə kimi Günay Sığortanın baş ofisinə müraciət etməklə səfər sığortasını əldə edə bilərlər. Kart Sahibinin sığorta təminatı müddəti ərzində Azərbaycan Respublikası sərhədlərindən kənara çıxan şəxslərin bədbəxt hadisələr və qəfil xəstəliklər zamanı tibbi xərcləri Günay Sığorta tərəfindən ödəniləcəkdir. 

Kart bizdən, Səyahət Sizdən! 

Ətraflı: 012-565-39-81/82