XƏBƏRLƏR

"Günay Sığorta"-dan Respublika Gününə özəl təklif

Cümhuriyyətimizin 100-cü ildönümü münasibətilə “Günay Sığorta” avtomobilini kasko sığortalayan müştərilərinə 100 manatlıq hədiyyə kartı və ya 100 günlük səyahət sığortası hədiyyə edir. Belə ki, müştəri şirkətin saytına, rəsmi facebook səhifəsinə, məlumat mərkəzinə (012 990) müraciət etməklə və yaxud şirkətə yaxınlaşmaqla bu kampaniyalardan faydalana bilər. Müştərilər Araz Supermarket, İdeal Parfümeriya, Viva şirniyyat, Azpetrol, AMAK, Baku Electronics, Aqua Park fitness & Spa, Technol yağları ,189 taxi və s. kimi şirkətlərin hədiyyə kartlarını əldə edəcəklər. Hədiyyə kartının seçimi müştərinin istəyinə əsasən təyin edilir. Kampaniya sığorta haqqı 499 manatdan yuxarı olan avtomobillər üçün keçərlidir. 
Həmçinin avtomobilini kasko sığorta etdirən müştərilərimiz yayda səyahətə yollandıqda 100 günlük səyahət sığortası qazanacaqlar. 100 günlük səyahət sığortası hədiyyəsi kampaniya başlanılandan 100 gün ərzində istifadə oluna bilər. 

Kampaniya 30.06.2018-ci il tarixinə kimi etibarlıdır.