XƏBƏRLƏR

"Günay Sığorta" ASC 8 nümayəndəlik açdı

“Günay Sığorta” ASC müştərilərə daha da keyfiyyətli və operativ xidmət göstərmək üçün regionlarda 7 nümayəndəlik açdı. Sumqayıt, şimal və cənub bölgələri, Şirvan ərazisi, Şəki, Gəncə və Aran zonasını əhatə edən  nümayəndəliklər fiziki və hüquqi şəxslərə “Günay Sığorta” ASC-nin könüllü sığorta xidmətləri və məhsullarını təqdim edəcək, o cümlədən lisenziya əldə etdikdən sonra icbari sığortaların satışını həyata keçirəcəkdir. “Günay sığorta” ASC-nin əsas məqsədi müştərilərə daha da yaxın olmaq, müştəri xidmətləri keyfiyyətini daha da artırmaq və sığorta hadisələrinin daha operativ tənzimlənməsinə xidmət göstərməkdir.

Hal-hazırda “Günay Sığorta” ASC Bakı ofislərindən əlavə olaraq Sumqayıt, Gəncə, Lənkəran, Şəki, Xaçmaz, Yevlax, İsmayıllı və Füzuli şəhərlərində nümayəndəlik şəbəkəsi ilə təmsil olunur.

Qeyd edək ki, Azərbaycanın ilk özəl sığorta şirkəti olan "Günay Sığorta" ASC-nin inkişaf tarixi 25 ili əhatə edir. "Günay Sığorta" ASC Maliyyə Nazirliyi tərəfindən verilmiş 04 sentyabr 1992-ci il tarixli 235 saylı şəhadətnamə ilə qeydiyyata alınaraq fəaliyyətə başlamışdır.