XƏBƏRLƏR

Günay Sığorta daha üç nümayəndəliyini açdı.

Günay Sığorta Xudat , Sumqayıt və Qubada da nümayəndəlik açdı. Bu nümayəndəliklərin açılması ilə şirkətin nümayəndəliklər şəbəkəsi daha da genişləndi və onların sayı ona çatdı. Qeyd edək ki, Sumqayıt şəhərində artıq Günay Sığortanın iki nümayəndəliyi fəaliyyət göstərir. Nümayəndəlik şəbəkəsinin genişlənməsi Günay Sığorta şirkətinin əsas inkişaf prioritetləri sırasındadır, əsas məqsəd tək Bakı şəhərində deyil, həmçinin regionlarda yaşayan əhalinin bütün sığorta xidmətlərindən rahat şəkildə faydalanmasını, baş verən sığorta hadisələri zamanı isə peşəkar heyətin dəstəyi ilə müştərilərə operativ xidmətin göstərilməsini təmin etməkdir.

Azərbaycanın ilk özəl sığorta şirkəti olan "Günay Sığorta" ASC-nin inkişaf tarixi 25 ili əhatə edir. "Günay Sığorta" ASC Maliyyə Nazirliyi tərəfindən verilmiş 04 sentyabr 1992-ci il tarixli 235 saylı şəhadətnamə ilə qeydiyyata alınaraq fəaliyyətə başlamışdır.