XƏBƏRLƏR

"Günay Sığorta" ASC-yə "Beynəlxalq Sığorta" ASC-nin sığorta portfeli ötürülmüşdür.

“Günay Sığorta” ASC ilə “Beynəlxalq Sığorta” ASC arasında bağlanmış 30.03.2017 tarixli portfelin ötürülməsi barədə əsas müqaviləyə uyğun olaraq “Beynəlxalq Sığorta” ASC-nin sığorta müqavilələri “Günay Sığorta” ASC-yə ötürülmüşdür. Bu gündən etibarən müştərilərə “Günay Sığorta” ASC tərəfindən xidmət göstəriləcəkdir. Sığorta məhsulları və sığorta hadisələri ilə bağlı hər hansı bir sual yaranarsa müştərilər aşağıdakı əlaqə vasitələri ilə  “Günay Sığorta” ASC-yə müraciət edə bilərlər. 
1.    Məlumat mərkəzi:  (012) 990 
2.    E-mail: office@gunaysigorta.az
3.    Sayt: www.gunaysigorta.az
4.    FB: www.facebook.com/gunayinsurance/
Qeyd edək ki, Azərbaycanın ilk özəl sığorta şirkəti olan "Günay Sığorta" ASC-nin inkişaf tarixi 25 ili əhatə edir. "Günay Sığorta" ASC Maliyyə Nazirliyi tərəfindən verilmiş 04 sentyabr 1992-ci il tarixli 235 saylı şəhadətnamə ilə qeydiyyata alınaraq fəaliyyətə başlamışdır. Hal-hazırda “Günay Sığorta” ASC Bakı ofislərindən əlavə olaraq Sumqayıt, Gəncə, Lənkəran, Şəki, Xaçmaz, Yevlax, Xudat, Şamaxı və Füzuli şəhərlərində nümayəndəlik şəbəkəsi ilə təmsil olunur.