XƏBƏRLƏR

Günay Sığorta Milli Marketinq Forumuna dəstək verir.

26-27 May tarixlərində Pullman oteldə marketoloqların 5-ci forumu keçiriləcək. Forumun məqsədi ölkənin marketinq sahəsinin inkişafına dəstək olmaq, trendləri araşdırmaq və praktiki problemlərin həllini tapmaqdır.

Sosial məsuliyyət fəaliyyəti çərçivəsində bir çox layihələrin gerçəkləşməsində iştirak edən, Günay Sığorta illik keçirilən bu mühüm əhəmiyyətli tədbirin də sponsoru kimi çıxış edir.

Forumda dəyişikliklər dövründə Marketinq strategiyası, Rəqəmsal marketinq, Marketinq Kommunikasiyaları, FMCG, Bloqçuluq və Milli Keyslər kimi panelləri əhatə edəcək tədbirdə ölkənin nüfuzlu şirkətlərinin menecerləri spiker kimi iştirak edəcəklər.