KASKO

Bizim KASKO sığortamız, avtonəqliyyat hadisəsi, atılmış və ya düşmüş əşya, üçünçü şəxsin qanunazidd hərəkəti, oğurluq, quldurluq, qaçırma və soyğunçuluq, yanğın, partlayış, təbii fəlakət, heyvanların hərəkətinə qarşı sizə təminat verir. Optimal kaskonun digər könüllü avtomobil sığortalarından üstün cəhəti ondadır ki, fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”na əsasən sığorta olunanın təqsirli olmadığı sığorta hadisələri zamanı təqsirli tərəf məlum olduğu halda bu şəhadətnamədə göstərilən şərtli azadolma məbləği tətbiq edilmir.

50/50 Kasko sizə sığorta haqqını hissə-hissə ödəmək imkanı verir. Belə ki, avtomobili sığortalayarkən sığorta haqqının birinci hissəsini sığorta müqaviləsi bağlanan zaman ödəyirsiniz, ikinci hissə isə sığorta hadisəsi baş versə sizə ödəniləcək sığorta ödənişindən çıxılır. Hadisə baş vermədiyi halda pulunuz cibinizdə qalacaq. Avtonəqliyyat hadisəsi, atılmış və ya düşmüş əşya, üçünçü şəxsin qanunazidd hərəkəti, oğurluq, quldurluq, qaçırma və soyğunçuluq, yanğın, partlayış, təbii fəlakət, heyvanların hərəkətinə qarşı sizə təminat verir.

  • Təmir məntəqəsində və avtoyuyucuda dəyən zərərin qarşılanması;
  • Qırmızı işıqdan keçdikdə və digər yol-hərəkəti qaydaları pozulduqda dəyən zərərin qarşılanması;
  • Hadisə zamanı qısa müddət ərzində Günay Sığorta tərəfindən sənədlərin toplanması;
  • Sığorta hadisəsi baş verdikdə pulsuz evakuasiya xidməti.