Səyahət Sığortası

Səyahət sığortası xarici səfərlər zamanı sizin rahatlığınızı təmin edir. İstəyinizə görə dar və geniş təminat paketlərini seçə bilərsiniz:

DAR TƏMİNAT PAKETİ            
                                
TƏMİNATLAR:                          
                                
1. TELEFON VASİTƏSİLƏ MƏLUMATLANDIRMA TƏMİNATI – Bu təminata, təcili və ya təcili olmayan hallarda Sığortalının tibbi ehtiyaclarının qarşılanması üçün tam şəkildə məlumatların 7 gün/24 saat ərzində bildirilməsi, Sığortalının şikayətlərinə uyğun olan və tibbi yardımı göstərəcək olan Həkimlərin,Klinikaların, Əczaxanaların, Təcili tibbi yardım stansiyalarının və digər tibb müəssisələrinin ünvanları, telefon nömrələrinin bildirilməsi, Telefon vasitəsilə Tibbi konsultasiyaların verilməsi – xidmətləri daxildir.

2. TİBBİ XƏRCLƏRİN QARŞILANMASI TƏMİNATI – Bu təminata, Sığorta hadisəsi hesab olunan hallarda tələb olunan bütün tibbi xərclərin (terapevtik və ya cərrahi) qarşılanması daxildir.

3. TİBBİ EVAKUASİYA TƏMİNATI – Bu təminata, Sığorta hadisəsi hesab olunan hallarda Sığortalının hadisə baş verdiyi ərazidən Tibb Müəssisəsinə Ambulans vasitəsilə çatdırılması, ilkin tibbi yardım xərcləri, ilkin dərman xərcləri, ehtiyac olduğu hallarda Sığortalının xəstəxanaya yerləşdirilməsi xərcləri daxildir.

4. ÖLÜMDƏN SONRAKI REPATRİASİYA TƏMİNATI – Sığortalının səfər zamanı ölümü baş verərsə onun daimi yaşadığı ünvana (Azərbaycan Respublikası ərazisində) meyitin çatdırılması xərcləri daxildir.        

GENİŞ TƏMİNAT PAKETİ

TƏMİNATLAR:

1. TELEFON VASİTƏSİLƏ MƏLUMATLANDIRMA TƏMİNATI – Bu təminata, təcili və ya təcili olmayan hallarda Sığortalının tibbi ehtiyaclarının qarşılanması üçün  tam şəkildə məlumatların 7 gün/24 saat ərzində bildirilməsi. Sığortalının şikayətlərinə uyğun olan və tibbi yardımı göstərəcək olan Həkimlərin,Klinikaların, Əczaxanaların, Təcili tibbi yardım stansiyalarının və digər tibb müəssisələrinin ünvanları, telefon nömrələrinin bildirilməsi. Telefon vasitəsilə Tibbi konsultasiyaların verilməsi – xidmətləri daxildir.

2. TİBBİ XƏRCLƏRİN QARŞILANMASI TƏMİNATI – Bu təminata, Sığorta hadisəsi hesab olunan hallarda tələb olunan bütün tibbi xərclərin (terapevtik və ya cərrahi) qarşılanması daxildir.

3. TİBBİ EVAKUASİYA TƏMİNATI – Bu təminata, Sığorta hadisəsi hesab olunan hallarda Sığortalının hadisə baş verdiyi ərazidən Tibb Müəssisəsinə Ambulans vasitəsilə çatdırılması, ilkin tibbi yardım xərcləri, ilkin dərman xərcləri, ehtiyac olduğu hallarda Sığortalının xəstəxanaya yerləşdirilməsi xərcləri daxildir.

4. ÖLÜMDƏN SONRAKI REPATRİASİYA TƏMİNATI – Sığortalının səfər zamanı ölümü baş verərsə onun daimi yaşadığı ünvana (Azərbaycan Respublikası ərazisində) meyitin çatdırılması xərcləri daxildir.

5. ZİYARƏTÇİ NƏQLİ  TƏMİNATI – Sığortalının 7 (yeddi) gündən artıq xəstəxanada qalması halında bir yaxının xəstəni ziyarət etməsi üçün həmin ölkəyə gəlmə xərcləri Assistans tərəfindən ödəniləcəkdir.

6. ZİYARƏTÇİNİN QALMA XƏRCLƏRİ– Assistans Sığortalının xəstəxanada 7 (yeddi) gündən çox qalması tələb olunan hallarda,yaxın qohumunun həmin ölkədə 4* mehmanxanada maksimum 7 (yeddi) gecə qalmaq şərtilə otaq və səhər yeməyi xərclərini ödəyəcəkdir

7. XƏSTƏXANADAN EVƏ YAZILDIQDAN SONRA MEHMANXANADA QALMA XƏRCLƏRİ - Sığortalının xəstəxanadan yazıldlqdan sonra sağlamlığına nəzarət üçün müalicə həkimi və Assistans Tibbi Dəstəsi tərəfindən məsləhət görüldüyü halda 4* mehmanxanada maksimum 7(yeddi) gecə olmaq şərtilə otaq və səhər yeməyi xərcləri Assistans tərəfindən ödəniləcəkdir.

8. SIĞORTALININ YANINDA OLAN UŞAQLARININ DAİMİ YAŞAYIŞ YERİNƏ QAYTARILMASI - Assistans Sığortalının tibbi müayinə və müalicəsi əsnasında səyahət zamanı yanında olan 15 və aşağı yaşı olan övladlarının (varsa mövcud biletlərini də istifadə edərək) daimi yaşayış yerinə müşayiətçi nəzarətində getmə xərclərini ödəyir.

9. MÜALİCƏDƏN SONRA DAİMİ YAŞAYIŞ YERİNƏ QAYIDIŞIN TƏŞKİLİ - Assistans Sığortalının müalicəsini bitirdikdən sonra daimi yaşayış yerinə qaytarılması üçün tələb olunan bütün tədbirləri həyata keçirəcəkdir. Assistans Tibbi Dəstəsi və müalicə həkimi Sığortalının sağlamlıq vəziyyətinin onun adi sərnişin kimi nəqlinə uyğun olub olmadığını: Xəstəliyə uyğun nəqliyyat vasitəsini (“təcili tibbi yardım” avtomobili,hava “təcili tibbi yardım”-ı, qrafikə salınmış kommersiya uçuşları və sair) məsləhət görəcəkdir.

10. SIĞORTALININ VƏFATI HALINDA AİLƏ ÜZVLƏRİNİN DAİMİ YAŞAYIŞ YERİNƏ QAYTARILMASI - Sığortalının səyahət zamanı vəfatı halında,ailəsinin əvvəlcədən nəzərdə tututlmuş imkanlar daxilində evə qayıtması mümkün deyilsə, Assistans ailə üzvlərinin mövcud biletləri varsa onları da istifadə edərək bu şəxslərin daimi yaşayış yerinə qayıtmasıni təmin edir və xərcləri ödəyir.

11. SIĞORTALININ DAİMİ YAŞAYIŞ YERİNƏ GÖZLƏNİLMƏYƏN QAYIDIŞI - (1-Cİ DƏRƏCƏLİ QOHUMUNUN VƏFATI HALINDA) - Sığortalının ölkəsində 1-ci dərəcə qohumunun vəfatı səbəbi ilə ölkəyə təcili dönməsi tələb olunarsa, Assistans Sığortalının Azərbaycana “İqtisadi sinif” bir uçuşla geri dönməsi üçün (varsa mövcud biletini də istifadə edərək ) təyyarə bileti xərclərini ödəyir və uçuşu təşkil edir.Sığortalı geri döndükdən sonra qohumunun vəfatını təsdiq edən sənədi Sığortaçıya təqdim etməlidir.

12. TƏCİLİ MƏLUMATLARIN ÇATDIRILMASI - Assistans özü müdaxilə etdiyi hadisələrdə istənilirsə sığortalının yaxınları,dostları,iş yoldaşları ilə qarşılıqlı olaraq təcili məlumatların çatdırılmasını təmin edə bilər.Bunun üçün sığortalının yazılı xahişinə ehtiyac duyulacaqdır.

13. İNZİBATİ YARDIM - Səyahət zamanı sığortalının pasport,vizası,təyyarə bileti kimi vacib sənədlərinin itirilməsi halında, Assistans sığortalının itirmiş olduğu sənədlərin əldə olunması üçün hansı instansiyalara müraciət etməsi haqqında və digər lazımi məsləhətlər verərək Sığortalıya köməklik göstərəcəkdir.

14. BAQAJIN İTMƏSİ VƏ YA ZƏRƏR GÖRMƏSİ - Ölkəxarici grafikli uchuşlarda, qeydiyyatdan sonra baqajin itməsi halinda, əgər baqaj hava yolunun təyin etdiyi muddət (21 gün) ərzində tapılmayıbsa, IPA siğortalıya hava yollarının zərər və ya oğurluq raportu əsasında sığorta şəhadətnaməsində göstərilən limitlər daxilində təzminat ödəyir. Bu limitlər hər bir Sığortalı üçün verilmiş Sığorta Məbləğinin 1 (bir) faizi həcmində olacaqdır.

15. İTMİŞ BAQAJIN TAPIB ÇATDIRILMASI - Assistans sənədlərin doldurulmasında sığortalıya köməklik göstərəcək və itmiş baqajın tapılması üçün tələb olunan görüşlərdə məsləhət verəcək və ya köməklik göstərəcək.Baqaj tapıldıqda Assistans həmin baqajı daimi yaşayış yerinə və yaxud Sığortalının səyahətdə olduğu ölkədəki ünvanına göndərəcəkdir.