NEWS

"Günay Sığorta" Milli İnsan Resursları forumuna dəstək verir.

Sosial məsuliyyət fəaliyyəti çərçivəsində bir çox layihələrin gerçəkləşməsində iştirak edən, Günay Sığorta illik keçirilən Milli İnsan Resursları Forumunun sponsoru kimi çıxış edir. Milli İnsan Resursları Forumu (MİRF) ölkəmizdə insan resursları sahəsində görülən işlər, milli keyslər, bu sahədəki beynəlxalq trendlər və onların lokal tətbiqlərinin sahənin peşəkarları tərəfindən müzakirə olunduğu tədbirdir. MİRF bu sahədə çalışan və insan resurslarının inkişafında könüllü olan iş adamları tərəfindən qeyri-kommersiya əsasları ilə illik olaraq keçirilməkdədir.
Forumun əsas məqsədi insan resursları sahəsindəki yerli təcrübələrin paylaşılması, bu sahədə olan problemlərin ictimailəşdirilməsi və həlli üçün peşəkar müzakirələrin təşkil olunmasıdır.
Forumda insan resursları sahəsində çalışan peşəkarlar, şirkət rəhbərləri və təsisçiləri, təlimçilər və bu sahəyə marağı olan hərkəs iştirak edə bilər.