XƏBƏRLƏR

Şəki nümayəndəliyimiz təltif olundu.

    Şəki şəhərində Azərbaycan Kempo Federasiyası tərəfindən “Qarabağ şəhidlərinin xatirəsi” nə həsr olunmuş Kempo üzrə Respublika turniri təşkil olunmuşdur. Turnirə göstərilən dəstəyə görə Şəki nümayəndəliyimiz mükafatlandırılmışdır. 
   «Korporativ-Sosial Məsuliyyət» Proqramı çərçivəsində "Günay Sığorta" təhsil, idman sahəsindən tutmuş, ətraf mühitin mühafizəsi üzrə layihələrə qədər müxtəlif sahələrdə keçirilən layihələrə dəstək olmuşdur. Bundan əvvəl “Günay Sığorta” bir sıra idman tədbirlərində  - Grappling və Grappling-gi üzrə dünya çempionatı, Braziliya Jiu-Jitsu'su üzrə beynəlxalq turnir və s. kimi idman yarışlarında dəstəkçi şirkət kimi iştirak etmişdir.