XƏBƏRLƏR

Bu gün Azərbaycanın ilk özəl sığorta şirkəti olan Günay Sığortanın yaranması günüdür.

"Günay Sığorta" ASC-nin inkişaf tarixi 26 ili əhatə edir. "Günay Sığorta" ASC Maliyyə Nazirliyi tərəfindən verilmiş 04 sentyabr 1992-ci il tarixli 235 saylı şəhadətnamə ilə qeydiyyata alınaraq fəaliyyətə başlamışdır. 14 avqust 2008-ci il tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən 042483 saylı müddətsiz lisenziya verilmişdir.
Şirkət sığorta bazarında dayanıqlı mövqe tutmuş və fəaliyyəti ərzində müştərilərin inamını doğrultmuşdur.
"Günay Sığorta" ASC-nın müştərilərinə göstərdiyi yüksək və operativ xidmət onun sığorta bazarında möhkəmlənməsinə, xarici sığorta və təkrarsığorta şirkətləri ilə uzunmüddətli və güvənli əməkdaşlıq qurmasına səbəb olmuşdur. Türkiyənin ən böyük sığortaçılarından olan «Anadolu Sığorta»  şirkəti ilə 20 ilə yaxın birgə fəaliyyət göstərmiş, dünyanın tanınmış sığorta və təkrar sığorta şirkətlərindən olan "Zurich", "ACE", "Allianz Türkiye", "FM Global", "İnqosstrach",  "Azre Təkrarsığorta"  və s. kimi böyük şirkətləri ilə əməkdaşlığını davam etdirməkdədir.
«Korporativ-Sosial Məsuliyyət» Proqramı çərçivəsində "Günay Sığorta" təhsil, idman sahəsindən tutmuş, ətraf mühitin mühafizəsi üzrə layihələrə qədər müxtəlif sahələrdə çoxsaylı layihələrə dəstək olmuşdur.
Hazırda 7,7 milyon manat nizamnamə kapitalına malik olan "Günay Sığorta" ASC 19 könüllü və 4 icbari sığorta növü üzrə müştərilərinə xidmət göstərir. “Günay Sığorta” ASC-nin hazırda baş ofisdən əlavə 12 nümayəndəliyi - Sumqayıt, Sabirabad, Xaçmaz, Şəki, Yevlax, Masallı, Şamaxı, Quba, Füzuli, Mingeçevir, Gəncə şəhərlərində fəaliyyət göstərir.