XƏBƏRLƏR

"Günay Sığorta" Azərbaycan Milli Avtomobil Klubunun beynəlxalq velosiped yarışında iştirakı üçün dəstək verdi.

AMAK Beynəlxalq Avtomobil Federasiyasının (FIA) təşəbbüsu və Macarıstan Avtomobil Klubunun ev sahibliyi ilə 6-9 sentyabr 2018-ci il tarixlərində Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş beynəlxalq tədbir olan Avropa Yol Hərəkətinin Tədrisi Müsabiqəsində (ETEC) iştirak etdi. AMAK bu müsabiqəyə “AMAK-ın dostları” Korporativ Sosial Məsuliyyət Proqramı çərçivəsində “Günay Sığorta” və SOCAR Petrolium-un töhvəsi və Respublika Olimpiya Velosiped Məktəbinin təşkilati dəstəyi ilə qoşulmuşdur.
Tədbirin əsas məqsədi FIA-ya üzv olan ölkələrdə yol hərəkəti təhlükəsizliyi üzrə bilikləri genişləndirmək, velosiped sürən uşaqlar arasında nəqliyyat hadisələrinin baş vermə riskini azaltmaq və Avtomobil Klublarının yol hərəkəti təhlükəsizliyi üzrə fəaliyyətlərini öz ölkələrində də genişləndirmək üçün həvəsləndirmək idi.
Sözügedən müsabiqədə hər ölkədən 4 uşaq (2 qız, 2 oğlan) və 2 qrup rəhbərinin iştirakı ilə 24 ölkənin Avtomobil Klubu müsabiqədə iştirak etmişdir. Bu müsabiqə uşaqların yollarda təhlükəsiz hərəkət etmə qabiliyyətlərini artırmaq və öz ölkələrində velosipedlərin təhlükəsiz idarəsi üzrə avtomobil klublarının nümunəvi bir təmsilçisi kimi hazırlamaq üçün müxtəlif oyunlarla interaktiv öyrənmə mühiti yaratmışdır. 
Korporativ-Sosial Məsuliyyət Proqramı çərçivəsində "Günay Sığorta" təhsil, idman sahəsindən tutmuş, ətraf mühitin mühafizəsi üzrə layihələrə qədər müxtəlif sahələrdə çoxsaylı layihələrə dəstək olmuşdur.