XƏBƏRLƏR

Günay Sığortadan "Həmrəy olaq" layihəsi

“Günay Sığorta” Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə “Həmrəy olaq” layihəsini həyata keçirtdi. Şirkətimizin Şəmkir və Masallı nümayəndəliyi regionlarında yaşayan Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədən qalib ayrılan qazi ailələri ilə görüşdülər. Şəmkir nümayəndəliyinin rəhbəri Amin İskəndərov da bu mübarizəyə könüllü olaraq qoşulmuş və qardaşı kapitan Arzu İsgəndərov vətən uğrunda şəhidlik zirvəsinə ucalmışdır. Ölkə üçün qürurverici andır ki, bu gün şəhid ailəsi də qazi ailələrinə dəstək olur və Azərbaycan xalqının həmrəyliyi budur.

Ölkəmizin birlik siyasətini hər zaman yüksək səviyyədə dəstəkləyən və aşılayan “Günay sığorta” şirkəti əsgərlərimizə müharibə zamanı onları yağışdan və soyuqdan qoruyan hərbi yataq dəstindən ibarət çantalar göndərmişdir, Bərdə şəhərində məskunlaşan insanlıq cinayətinin şahidi olan ailələrə də ərzaq yardımı göstərmişdir.

"Günay Sığorta" bundan sonra da “Həmrəy olaq” layihəsini davam etdirəcək. Vətənimizin bütövlüyü uğrunda ön və arxa cəbhədə mübarizə aparan bütün soydaşlarımıza növbəti ildə də davamlı yardımlar olunacaqdır.