XƏBƏRLƏR

"Günay Sığorta" Beynəlxalq Qadınlar günü münasibətilə "Zərif Qəhrəman" layihəsini həyata keçirtdi.

“Günay Sığorta” Beynəlxalq Qadınlar günü münasibətilə “Zərif Qəhrəman” layihəsini həyata keçirtdi. Vətən qarşısında vəzifə borclarını şərəf və ləyaqətlə yerinə yetirən Azərbaycan qadın hərbi qulluqçuları ölkəmizin müdafiə qüdrətinin artırılmasında və ərazi bütövlüyümüzün bərpa edilməsində də yaxından iştirak etmişdirlər. Həmrəylik, birlik siyasətimizi hər zaman yüksək səviyyədə dəstəkləyən və aşılayan “Günay sığorta” şirkəti tərəfindən qadın hərbi qulluqçuları Beynəlxalq Qadınlar günü münasibətilə təşəkkürnamə və müxtəlif hədiyyələrlə təltif olundular.

Layihə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə Silahlı qüvvələrin baş klinik hospitalı, Gəncə şəhər hərbi hospitalı, Sarıcalı hospitalı və Hadrut hospitalında həyata keçirildi.

 “Günay sığorta” şirkəti daim sığorta bazarında sosial layihələri ilə seçilir. Şirkət müharibə zamanı əsgərlərə onları yağışdan və soyuqdan qoruyan hərbi yataq dəstindən ibarət çantalar göndərmiş, Bərdə şəhərində məskunlaşan insanlıq cinayətinin şahidi olan ailələrə, “Həmrəy olaq” layihəsi çərçivəsində regionlarda yaşayan qazilərə yardımlar etmişdir. Şirkət vətənimizin bütövlüyü uğrunda ön və arxa cəbhədə mübarizə aparan bütün soydaşlarımızla bağlı sosial layihələrini davam etdirəcəkdir.