Heyvanların sığortası

Bu növ sığortamızla siz ev heyvanlarınızı aşağıdakı hallardan qoruya bilərsiniz:

  • Bütün növ adi və keçici xəstəliklər, boğaz olma, doğum, axtalama və ya cərrahiyyə əməliyyatı aparılması nəticəsində;
  • Hər cür qəzalar, vəhşi heyvanların hücumu, kənar şəxslərin qəsdən zəhərləməsi, yaralaması və ya şikəst etməsi nəticəsində;
  • Gün vurması, şaxtadan donma, məftil, mismar, daş və digər bu kimi bərk və dəlici cisimlər udması, zəhərli otlar yeməsi və ya dərmanlanmış sahədə otlaması nəticəsində;
  • Fırtına, ildırım, zəlzələ, su basqını, torpaq çökməsi və ya sürüşməsi nəticəsində;
  • Yanğın və ya partlayış nəticəsində, məcburən kəsdirilməsi də daxil olmaqla, tələf olmasına görə sığortalıya dəyən həqiqi zərərlərə təminat verilir.