Səfər + baqaj sığortası

Ölkəxarici qrafikli uçuşlarda, qeydiyyatdan sonra baqajın itməsi halinda, əgər Əl yükünün vəya çamadanın hava yolunun təyin etdiyi muddət (21 gün) ərzində tapılmayıbsa, Günay Sığorta ASC sığortalıya hava yollarının zərər və ya oğurluq raportu əsasında sığorta şəhadətnaməsində göstərilən limitlər daxilində təzminat ödəyir. Bu limitlər hər bir Sığortalı üçün verilmiş Sığorta Məbləğinin 1 (bir) faizi həcmində olacaqdır.

DAR TƏMİNAT PAKETİ

TƏMİNATLAR:

1. TELEFON VASİTƏSİLƏ MƏLUMATLANDIRMA TƏMİNATI – Bu təminata, təcili və ya təcili olmayan hallarda Sığortalının tibbi ehtiyaclarının qarşılanması üçün  tam şəkildə məlumatların 7 gün/24 saat ərzində bildirilməsi, Sığortalının şikayətlərinə uyğun olan və tibbi yardımı göstərəcək olan Həkimlərin,Klinikaların, Əczaxanaların, Təcili tibbi yardım stansiyalarının və digər tibb müəssisələrinin ünvanları, telefon nömrələrinin bildirilməsi, Telefon vasitəsilə Tibbi konsultasiyaların verilməsi – xidmətləri daxildir.

2. TİBBİ XƏRCLƏRİN QARŞILANMASI TƏMİNATI – Bu təminata, Sığorta hadisəsi hesab olunan hallarda tələb olunan bütün tibbi xərclərin (terapevtik və ya cərrahi) qarşılanması daxildir.

3. TİBBİ EVAKUASİYA TƏMİNATI – Bu təminata, Sığorta hadisəsi hesab olunan hallarda Sığortalının hadisə baş verdiyi ərazidən Tibb Müəssisəsinə Ambulans vasitəsilə çatdırılması, ilkin tibbi yardım xərcləri, ilkin dərman xərcləri, ehtiyac olduğu hallarda Sığortalının xəstəxanaya yerləşdirilməsi xərcləri daxildir.

4. ÖLÜMDƏN SONRAKI REPATRİASİYA TƏMİNATI – Sığortalının səfər zamanı ölümü baş verərsə onun daimi yaşadığı ünvana (Azərbaycan Respublikası ərazisində) meyitin çatdırılması xərcləri daxildir.

5. Əl yükünün və ya çamadanın itməsi və ya zərər görməsi