İşəgötürənin məsuliyyətinin sığortası

Bu sığorta növü iş yerində əmək müqaviləsi əsasında vəzifələrini yerinə yetirərkən baş vermiş iş qəzası nəticəsində bədən xəsarəti almış və həlak olmuş işçilərə və yaxud varislərinə işəgötürənin ödəməli olduğu zərərə təminat verir.

“Günay sığorta” bu sığorta  növü ilə əlaqədar ortaya çıxan mübahisələrdə sığortalıya qarşı iddia qaldırıldıqda məhkəmə xərclərini və vəkil haqlarını ödəməyi də öhdəsinə götürür.