Bank risklərinin sığortası

Sığortalının aşağıdakılarla bağlı Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmayan əmlak mənafeləri sığortalanır:

  • sığortalının sığortalanmış fəaliyyətinin aparılması nəticəsində məruz qaldığı gəlir itkiləri (əlavə xərclər);
  • sığortalının əmlakı;
  • sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortalının sığortalanmış fəaliyyəti həyata keçirməsi ilə əlaqədar üçüncü şəxslərə vurduğu zərərin əvəzini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ödəmək öhdəliyi;
  • sığortalının banklarda olan depozitləri, əmanətləri və qanunvericiliklə müəyyən olunmuş qaydada saxlanılan digər əmlakı (qiymətli kağızlar, qiymətli əşyalar və s.).