Qiymətli əşyaların daşınmasının sığortası

Şirkətimiz poçt daşımaları da daxil olmaqla nəqliyyat firmaları vasitəsilə və ya mühafizə altında su, avtomobil, hava və dəmir yolu ilə daşınan qiymətli kağızlar (səhm, istiqraz, çek, şəhadətnamə, bono və s.), təminat məktubu, nağd pul, (manat və ya valyuta), külçə və digər formada olan əlvan metallar, qiymətli daşlar və zinət əşyaları sığorta müqaviləsində göstərilən müddətdə və ya daşınan zaman dəyə biləcək ziyan və zərərə təminat verilir.