Su nəqliyyat vasitələrinin sığortası

Dəniz və göldə hərəkət edə bilən gəmi və ya digər su nəqliyyatı vasitələrinə, yaxud onlarla əlaqədar sığorta etdirilə bilən digər əmlaklara sığorta şəhadətnaməsində göstərilən müddət ərzində dəyə biləcək ziyan və zərərlərə təminat verilir.

Bu sığorta növü dəniz və göldə hərəkət edə bilən gəmi və ya digər su nəqliyyatı vasitələri termini müxtəlif yük və sərnişin gəmilərini də əhatə edir. Həmçinin təkliflərə uyğun olaraq, taxta və ya beton, yaxud bunların qarışığından hazırlanmış gəmilər, yelkənli gəmilər, səyahət gəmiləri, yaxta və katerlər, xidməti katerlər, balıqçılıq gəmi və qayıqları, yedək gəmiləri, şalanda, parom və lixterlər, üzən hovuzlar, döyəc  və kranlar, üzən restoranlar (restoran-gəmi), dəniz motosikletləri kimi su nəqliyyat vasitələri də dəniz və göldə hərəkət edə bilən gəmi və ya digər su nəqliyyatı vasitələri əhatə dairəsinə daxil edilə bilər.