Tikinti - quraşdırma risklərinin sığortası

Bu sığorta növündə qaydalara əsasən sığorta təminatı aşağdakı bölmələr üzrə verilə bilər:

1. Maddi zərər sığortası(Əmlakın yanğın və digər risklərdən sığortası).
Burada sığorta müqaviləsinə daxil olan əmlaklara, tikinti sahəsində olduqları və tikinti işləri aparıldığı zaman, əvvəlcədən bilinməyən və gözlənilməz səbəblər nəticəsində dəyən ziyan və zərərlərə təminat verilir.

2. Üçüncü şəxslər qarşısında mülkü məsuliyyətin sığortası (Ümumi mülkü məsuliyyətin sığortası).
Tikinti-quraşdırma işləri ilə bağlı təsadüfi hadisə nəticəsində üçüncü şəxslərin ölümü,bədən xəsarəti alması və üçüncü şəxslərin əmlakına dəymiş zərərə görə mülkü məsuliyyəti yarandıqda ödənişlər ediləcəkdir.