Yük sığortası

Yük sığortasını sizə iki şəkildə təklif edirik:

Sığorta müqaviləsinin mövzusuna daxil olan yükün, müqavilədə göstərilən vaxt və ya daşıma müddəti ərzində müqavilədə göstərilən dəniz, avtomobil, hava nəqliyyat vasitələri və habelə dəmir yolu vasitəsilə ilə daşınması və yaxud daşınması zamanı olan hansısa bir anbarda müvəqqəti olaraq saxlandığı zaman məruz qaldığı sığorta hadisələri nəticəsində dəyən ziyan və zərərlərə təminat verilir.

Yük termini, həyata keçiriləcək daşımanın xarakterinə uyğun olaraq qablaşdırılmış kommersiya mallarını əhatə edir. Bununla birlikdə şirkətimiz qəbul etdiyi hallarda istifadə edilmiş əşyalar, qüsurlu və ya geri qaytarılan mallar, Sığortalının razılığı ilə gəminin göyərtəsində daşınan yüklər, eləcə də örtüksüz yük maşınında və ya açıq vaqonda daşınan yüklər, şəxsi əşyalar və ya əl yükləri, canlı heyvan və poçt göndərişləri də, bu ümumi şərtlərə əsasən Yük sayılır.