Üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortası

“Günay Sığorta” baş verən sığorta  hadisəsi nəticəsində üçüncü şəxslərin həyatına, sağlamlığına və əmlaklarına dəyən itki və ziyan dəyməsinə görə sığortalının üçüncü şəxslər qarşısında məsuliyyətinə, ona qarşı irəli sürülən iddia və tələblərə Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq təminat verir.

Sığortalı hüquqi şəxsdirsə,  sığortalının işçilərinin,  vəzifəli şəxslərinin, həmçinin etibarnamə və vəzifə təlimatlarına əsasən onun adından çıxış edən digər şəxslərin hərəkətləri də sığortalının hərəkətlərinə aid edilir.