Şirkətimizin kadr siyasətinin əsasında korporativ dəyərlərimiz durur. "Günay Sığorta"-nın öz sahəsində daim birinci olması üçün istedadlı işçilərin seçilməsi, təlimləndirilməsi və dinamik inkişafı kadr siyasətimizin əsas məqsədidir. Şirkətimiz kadr seçimi zamanı personalda müxtəlifliyə dəyər verir və hesab edir ki, bu, şirkətin yenilikçiliyinin və inkişafının zəminidir.
Şirkət bərabər əmək hüququnu rəhbər tutaraq şəffaf işəgötürmə siyasətinə sadiqdir. İşəgötürmə zamanı və gündəlik fəaliyyət dövründə milliyyətə, dini mənsubiyyətə, yaşa, cinsə, irqə, fiziki qüsurluğa görə ayrıseçkiliyə yol verilmir. Şirkət İnsan Resurslarına aid qərarları yalnız işçinin qabiliyyəti və işə münasibəti əsasında verir.
Hər bir işçi şəxsiyyət kimi dəyərləndirilir və ona hörmət edilir. Əməkdaşların həmkarları, tabeçiliyində olan işçiləri və digər şəxslərlə münasibətlərinin əsasında hörmət dayanır.
Hər bir işçinin karyera və peşəkar inkişafı üçün geniş imkanlar mövcuddur. İşçinin vəzifəsi, təcrübəsi, biliyi fərdi olaraq dəyərləndirilir və dəyərləndirmənin nəticələrinə uyğun olaraq əməkdaşlar treninq, seminar və təlimlərə yönləndirilir. İşçinin xidmətləri obyektiv qiymətləndirilir və mükafatlandırılır.
Şirkət işçilərin rahat, sağlam və təhlükəsiz mühitdə çalışması üçün əmək şəraitini yaxşılaşdırır.
Şirkət üçün önəmli qərarlar qəbul edilərkən işçilərin fikirləri öyrənilir və onların təklifləri qərarlarda nəzərə alınır. Novator düşüncələrə sədd qoyulmur, əksinə həyata keçirilməsi üçün şərait yaradılır. İşçinin öhdəliklərini, üzərində işlədiyi hər hansı layihəni yüksək səviyyədə icra etməsi üçün ona səlahiyyətləri çərçivəsində azadlıq verilir. Qeyd edilən bütün məqamlar şirkətin Etik davranış məcəlləsinin maddələrində öz əksini daha geniş şəkildə tapmışdır.
Şirkətdə mülayim iş iqlimi qorunub saxlanılır. İşçilərə komanda şəklində işləmək ruhu aşılanır. Hər bir işçiyə "Günay Sığorta" ailəsinin bir üzvü olduğunu hiss etməsi üçün şərait yaradılır.