Fərdi qəza sığortası

Fərdi qəza dedikdə şəxs üzərində xarici fiziki təsirlərlə bağlı olan, onun həyat və sağlamlığına ziyan vuran qəfil, öncədən görünməyən və təsadüfi hadisə başa düşülür. Bu sığorta Sığorta  olunanın həyat və sağlamlığına aşağıdakı ziyanın dəyməsinə səbəb olan fərdi qəzalara qarşı təminat verir:

  • Ümumi əmək qabiliyyətinin müvəqqəti itirilməsi;
  • Ümumi əmək qabiliyyətinin daimi itirilməsi;
  • Ölüm.