NEWS

"Günay Sığorta" fiziki məhdudiyyətli uşaqları sevindirdi.

      Azərbaycanın ilk özəl sığorta şirkəti olan “Günay Sığorta” ASC 1 iyun Beynəlxalq Uşaqlar günü münasibətilə regionlarda yaşayan aztəminatlı ailələrin fiziki məhdudiyyətli uşaqları ilə görüşdü. Sevinc bəxş etmək üçün məsafə və zaman əngəl deyil. Şirkət üçün ən uğurlu layihə kiçik qəlbləri sevindirmək, uşaqların üzünə gülüş bəxş etməkdir. Uşaqlar günü münasibətilə fiziki məhdudiyyətli uşaqlara müxtəlif hədiyyələr təqdim olundu. 
     “Günay Sığorta” şirkəti 2019-cu ildə korporativ sosial məsuliyyət çərçivəsində fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiya olunması, ictimai-mədəni fəaliyyət sferalarından kənarda qalmamaları üçün həvəsləndirici sosial layihələr həyata keçirməyi planlaşdırır.