ЧАСТО ЗАДАВАМЫЕ ВОПРОСЫ

  • Sığorta nədir?

    -Sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemi;

  • Sığortalı kimdir?

    Sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfi;

  • Faydalanan şəxs kimdir?

    İcbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ olan şəxs;

  • Sığorta müqaviləsi nədir?

    Sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşma;

  • Sığorta haqqı nədir?

    Risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə uyğun olaraq, sığorta müqaviləsində könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləği;

  • Sığorta məbləği nədir?

    Sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin qanunvericilik, yaxud müqavilə icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi;

  • Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (İcbari avtomobil sığortası) nə üçün lazımdır?

    Avtomobil idarə edən zaman hər bir kəs üçüncü şəxsin əmlakına və ya sağlamlığına zərər vurulması təhlükəsi ilə üzləşə bilər. Bu zaman hadisənin törədilməsində təqsirli bilindiyiniz halda qarşı tərəfə vurulan zərərin əvəzini ödəməli olacaqsınız. İcbari avtomobil sığortasının mövcudluğu Sizi bu öhdəlikdən azad edir.

  • Avtomobil digər şəxsə satıldıqda İcbari avtomobil sığortası şəhadətnaməsi qüvvədən düşürmü?

    Müqaviləyə xitam verilmir. Lakin müqavilənin avtomobilin yeni sahibinin adına rəsmiləşdirilməsi məqsədə müvafiqdir.

  • Sığorta hadisəsi baş verdikdə nə etmək lazımdır?

    Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə Dövlət Yol Polisinə hər hansı vasitə ilə xəbər verməlidir.

  • Subroqasiya hüququ nədir?

    Sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına vurulan zərərin əvəzini ödədikdə, subroqasiya hüququndan istifadə etməklə, ödədikləri sığorta ödənişini sığorta məbləği həddində sığortaçıdan tələb edə bilərlər.

  • Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında Sığorta ödənişi kimə ödənilir?

    Sığorta ödənişi Sizin təqsiriniz üzündən baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində zərər çəkən şəxslərə ödənilir.

  • Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə hadisə baş verdikdə nə etməli?

    1. Hadisə baş verdikdə ____ telefon nömrəsi vasitəsilə sığorta şirkətinə və 102 xidməti vasitəsilə Dövlət Yol Polisinə dərhal məlumat verin. 2. Hadisə nəticəsində xəsarət alan şəxslər varsa, onların həyatını xilas etmək üçün "Təcili yardım"a (103), ehtiyac olduqda FHN-ə (112) və digər lazımi qurumlara xəbər verin. Həyat üçün təhlükəli xəsarət alındığı hallarda zərər çəkənləri səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibb müəssisəsinə göndərin, bu mümkün olmadıqda isə, öz nəqliyyat vasitənizlə aparın, daha sonra hadisə yerinə qayıdın. 3. Zərərçəkən(lər)ə icbari sığorta müqaviləsinin mövcudluğu barədə məlumat verin. 4. Hadisə yerini tərk etməyin. 5. Zərər dəymiş əmlakı hadisədən dərhal sonrakı vəziyyətdə saxlayın (təmir və ya bərpa etdirməyin) və sığorta şirkətinə (və ya onun nümayəndəsinə) təqdim edin, əmlaka baxış keçirilməsi üçün sığorta şirkətinin nümayəndələrinə şərait yaradın, tələb olunan məlumat və sənədləri onlara verin.

  • Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında Sığorta ödənişini almaq üçün hansı sənədlər lazımdir?

    - sığorta ödənişinin alınması barədə ərizə (sığorta tələbi); - avtonəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi (texniki pasportu); - yol-nəqliyyat hadisəsinin təfərrüatları və zərərçəkən şəxs (şəxslər) barədə Dövlət Yol Polisinin arayışı; - yol-nəqliyyat hadisəsi nəticəsində avtonəqliyyat vasitəsinin və ya digər əmlakın zədələnməsi, məhv olması və ya hər hansı digər formada itkisi ilə bağlı zərərin məbləğini təsdiqləyən sənəd; - sağlamlığa dəyən zərər üzrə xəsarətin dərəcəsi haqqında həkim arayışı, əlillik halında isə əlilliyin qrupunu, səbəbini və təyin edilməsi tarixini əks etdirən tibbi-sosial ekspert komissiyasının arayışının surəti; - yol-nəqliyyat hadisəsi nəticəsində üçüncü şəxs öldükdə ölümün səbəbi haqqında tibbi ekspertiza rəyinin, ölüm haqqında şəhadətnamənin, habelə ölənin ailə üzvlərinin onunla qohumluq əlaqəsini təsdiq edən müvafiq sənədlərin (doğum haqqında şəhadətnamənin, yaxud şəxsiyyət vəsiqəsinin, ərə (arvada) münasibətdə nikah haqqında şəhadətnamənin) surətləri; - yol-nəqliyyat hadisəsi nəticəsində üçüncü şəxs sağlamlığına zərər dəyməsi üzündən 3 il ərzində öldükdə, onun ölümünün hadisə ilə səbəb əlaqəsində olmasını təsdiq edən tibbi ekspertiza rəyinin, ölüm haqqında şəhadətnamənin, habelə ölənin ailə üzvlərinin onunla qohumluq əlaqəsini təsdiq edən müvafiq sənədlərin (doğum haqqında şəhadətnamənin, yaxud şəxsiyyət vəsiqəsinin, ərə (arvada) münasibətdə nikah haqqında şəhadətnamənin) surətləri; - yol-nəqliyyat hadisəsinin təqsirkarı tərəfindən zərərçəkənin əmlakına vurulan zərərin əvəzi ödənilmiş olduqda və ya sağlamlığa vurulan zərərlə əlaqədar hər hansı ödəmə həyata keçirildikdə belə ödəməni təsdiq edən sənədin müvafiq qaydada təsdiq edilmiş surəti; - sığorta ödənişi alan şəxs fiziki şəxs olduqda onun şəxsiyyət vəsiqəsinin surəti, hüquqi şəxs olduqda isə onun nümayəndəsinə verilmiş müvafiq etibarnamə və həmin nümayəndənin şəxsiyyət vəsiqəsinin surəti.

  • Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında hansı hallarda imtina verilə bilər?

    1. Hadisə və ya hal hərbi əməliyyatlar, terrorçuluq, kütləvi iğtişaşlar, nüvə partlayışı, radioaktiv çirklənmə ilə bağlı olduqda; 2. Sığorta tələbi üçüncü şəxsin pul, qiymətli kağızlar, qiymətli metallar və qiymətli daşlar, sənət əsərləri, o cümlədən rəsm əsərləri, qravüralar, heykəllər, həmçinin modellər, plan və eskizlər, ixtira patentləri, sənədlər, kitablar və yazılar şəklində olan əmlakına dəymiş zərərlə bağlı olduqda; 3. Sığorta tələbi mənəvi zərərlə və ya gəlir itkisi ilə bağlı olduqda; 4. Sığorta tələbi sığortalının və ya sığorta olunanın cərimə, dəbbə pulu, peniya ödəməsi üzrə əmlak mənafeləri ilə bağlı olduqda; 5. Hadisə barədə məlumat vermə ilə bağlı qanunvericiliyin tələbinə əməl edilməməsi nəticəsində sığorta şirkəti hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olduqda; 6. Zərər dəymiş əmlakın sığorta şirkətinə təqdim edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tələblərə riayət edilməməsi və ya qanunvericiliklə müəyyən edilmiş hallar nəzərə alınmaqla, sığorta hadisəsi barəsində sığortalının sığorta şirkətinə qəsdən yanlış məlumat verməsi nəticəsində sığorta şirkəti sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olduqda; 7. məsuliyyəti istisna edən hallardan başqa hadisə zərərçəkənin müvafiq hadisənin baş verməsinə yönələn qəsdən etdiyi hərəkəti və ya hərəkətsizliyi, habelə hadisə ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayət törətməsi ilə bağlı baş verdikdə; 8. Sığorta ödənişi verilməli olan şəxs zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən aldıqda; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir; 9. Baş vermiş hadisə icbari sığorta qanunlarına görə sığorta hadisəsi hesab edilmədikdə.

  • Daşınmaz əmlakın icbari sığortası üzrə hadisə baş verdikdə nə etməli?

    1. Hadisə baş verdikdə _______ telefon nömrəsi vasitəsilə sığorta şirkətinə və aidiyyəti üzrə müvafiq dövlət orqanlarına dərhal məlumat verin. 2. Daşınmaz əmlakın sonrakı itkilərinin qarşısının alınması üçün bütün zəruri tədbirləri görün. 3. Zərər dəymiş əmlakı sığorta şirkəti ona baxış keçirənədək hadisədən dərhal sonrakı vəziyyətdə saxlayın (təmir və ya bərpa etdirməyin). 4. Zərər dəymiş daşınmaz əmlaka baxış keçirilməsi üçün sığorta şirkətinin nümayəndələrinə şərait yaradın, tələb olunan məlumat və sənədləri onlara verin. 5. Sığorta şirkətinin nümayəndəsinin təlimatlarına riayət edin. 6. Hadisə barədə şifahi məlumatın verildiyi vaxtdan 3 iş günü ərzində yazılı sığorta tələbinin formasını sığorta şirkətindən tələb edin və onu dolduraraq dərhal sığorta şirkətinə təqdim edin.

  • Daşınmaz əmlakın icbari sığortası üzrə hansı hallarda sığorta ödənişi verilmir?

    Hadisə və ya hal hərbi əməliyyatlar, terrorçuluq, kütləvi iğtişaşlar, nüvə partlayışı, radioaktiv çirklənmə ilə bağlı olduqda; - Sığorta tələbi üçüncü şəxsin pul, qiymətli kağızlar, qiymətli metallar və qiymətli daşlar, sənət əsərləri, o cümlədən rəsm əsərləri, qravüralar, heykəllər, həmçinin modellər, plan və eskizlər, ixtira patentləri, sənədlər, kitablar və yazılar şəklində olan əmlakına dəymiş zərərlə bağlı olduqda; - Sığorta tələbi mənəvi zərərlə və ya gəlir itkisi ilə bağlı olduqda; - Sığorta tələbi sığortalının və ya sığorta olunanın cərimə, dəbbə pulu, peniya ödəməsi üzrə əmlak mənafeləri ilə bağlı olduqda; - Baş vermiş hadisə icbari sığorta qanunlarına görə sığorta hadisəsi hesab edilmədikdə; - Hadisə barədə məlumat vermə ilə bağlı qanunvericiliyin tələbinə əməl edilməməsi (gec məlumat vermə, lazımi qaydada məlumat verməmə) nəticəsində sığorta şirkəti hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olduqda; - məsuliyyəti istisna edən hallardan başqa, sığortalı (sığorta olunan) sığorta hadisəsi ilə birbaşa səbəb əlaqəsində olan qəsdən cinayət törətdikdə; - sığortalının sığortalanmış əmlaka dəyən zərərin qarşısını almaq və ya həcmini azaltmaq üçün lazımi və mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görmədikdə; bu zaman sığorta ödənişindən o həcmdə imtina edilə bilər ki, sığortalı mümkün tədbirləri görmüş olsaydı, zərərin miqdarı həmin həcmdə azalmış olardı; - Zərər dəymiş əmlakın sığorta şirkətinə təqdim edilməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tələblərə riayət edilməməsi və ya qanunvericiliklə müəyyən edilmiş hallar nəzərə alınmaqla, sığorta predmeti və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığorta şirkətinə qəsdən yanlış məlumat verməsi nəticəsində sığorta şirkəti sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olduqda; - Sığorta ödənişi verilməli olan şəxs zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən aldıqda; zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir.

  • Daşınmaz əmlakın istismar edilməsi, o cümlədən onun ərazisində inşaat, təmir, yenidənqurma və ya digər işlərin aparılması nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəyən zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranmasında nələr sığorta hadisəsi hesab olunur?

    - elektrik və ya qaz cihazlarından istifadə nəticəsində yaranan yanğın, yaxud belə yanğının qarşısının alınması üçün görülən tədbirlərin nəticələri; - qaz partlayışı; - naqillərində baş verən qısa qapanma; - su, istilik və kanalizasiya xətlərində baş verən qəza nəticəsində subasma; - hər hansı predmetin və ya onun hissələrinin düşməsi, atılması, dəyməsi, dağılması, axıdılması və digər bu kimi formalarda təsiri.

  • Daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası üzrə hadisə baş verdikdə nə etmək lazımdır?

    - Hadisə baş verdikdə _______ telefon nömrəsi vasitəsilə sığorta şirkətinə dərhal məlumat verin. - 112 xidməti vasitəsilə Fövqəladə Hallar Nazirliyinə dərhal məlumat verin, ehtiyac olduğu halda digər aidiyyəti qurumlara xəbər verin. - Hadisə nəticəsində xəsarət alan şəxslər varsa, onların həyatını xilas etmək üçün "Təcili yardım" (103) çağırın. "Təcili yardım" gələnədək xəsarət alanlara ilk tibbi yardım göstərin. - Hadisə nəticəsində dəyən zərərin qarşısının alınması üçün bütün zəruri tədbirləri görün. - Zərərçəkən(lər)ə icbari sığorta müqaviləsinin mövcudluğu barədə məlumat verin. - Zərər dəymiş əmlakı sığorta şirkəti ona baxış keçirənədək hadisədən dərhal sonrakı vəziyyətdə saxlayın (təmir və ya bərpa etdirməyin). - Zərər dəymiş daşınmaz əmlaka baxış keçirilməsi üçün sığorta şirkətinin nümayəndələrinə şərait yaradın, tələb olunan məlumat və sənədləri onlara verin. - Sığorta şirkətinin nümayəndəsinin təlimatlarına riayət edin. - Hadisə barədə şifahi məlumatın verildiyi vaxtdan 3 iş günü ərzində yazılı sığorta tələbinin formasını sığorta şirkətindən tələb edin və onu dolduraraq dərhal sığorta şirkətinə təqdim edin. Yazılı sığorta tələbi sizin tərəfinizdən və ya zərərçəkən şəxs tərəfindən təqdim oluna bilər

  • Səfər sığortası zamanı hadisə baş verdikdə nə etməli?

    Dərhal və ya mümkün olan ən qısa müddətdə, lakin 24 saatdan gec olmayaraq hadisə barədə Sığorta olunan və ya onun nümayəndəsi "CORIS" mərkəzinə (+380 44 239 88 00) nömrəsi vasitəsilə müraciət etməlidir. Qeyd olunan əlaqə vasitəsi həftənin 7 günü, günün 24 saatı ərzində xidmət göstərir.

  • Səfər sığortasında sığortaçı sığorta ödənişinin verilməsindən hansı hallarda imtina edə bilər?

    1.1 Əgər sığortanın qüvvədə olma müddəti ərzində aşağıda göstərilən hallar baş verərsə, Sığortaçı sığorta müqaviləsi üzrə sığorta təminatının ödənilməsindən tamamilə və ya qismən imtina etmək hüququna malikdir: 1.2 Aşağıda qeyd olunan bəndlərinin pozulması halında; 1.2.1 Sığorta müqaviləsi bağlanarkən Sığorta olunan özünə məlum olan və sığorta riskini qiymətləndirmək üçün əhəmiyyət kəsb edən hallar barədə sığortaçıya məlumat verməlidir. 1.2.2 Sığorta müqaviləsi qüvvədə olduğu müddətdə Sığorta olunan sığorta riskindəki özünə məlum olan dəyişikliklər barədə Sığortaçıya məlumat verməlidir. 1.2.3 Sığorta hadisəsi baş verdikdə Sığorta olunan sığorta şəhadətnaməsində və ya eyniləşdirmə kartında (əgər verilibsə) göstərilən telefonla Sığortaçının ixtisaslaşmış Servis mərkəzinə dərhal müraciət etməli və dispetçerə baş vermiş hadisə və sığorta sənədlərindəki məlumatlar barədə xəbər verməlidir. Təsdiqləyici sənədlər təqdim olunduqda Servis mərkəzi ilə danışıq xərcləri Sığorta olunana ödənilir. 1.2.4 Əgər sığorta müqaviləsində mütləq Servis mərkəzinə müraciət etmək tələb olunmursa, həkimlə məsləhətləşməzdən və ya klinikaya göndərilməzdən əvvəl Servis mərkəzinə zəng vurmaq mümkün olmayıbsa, Sığorta olunan bunu ilk imkan olduqda etməlidir. Hər bir halda hospitalizasiya və ya həkimə müraciət zamanı Sığorta olunan tibb heyətinə sığorta şəhadətnaməsini və ya eyniləşdirmə kartını (əgər verilibsə) təqdim etməlidir. 1.2.5 xəstənin soyadını, diaqnozunu, tibbi yardım üçün müraciət etmə tarixini, müalicə olunma müddətini, göstərilən xidmətlərin, tarix və dəyərə görə ayrılmaq şərti ilə siyahısını, ödənilməli olan məbləği əks etdirən tibb müəssisəsinin arayış-hesabının əsli (şirkət blankında və ya müvafiq ştamplı); 1.2.6 Ambulator müalicə xərclərinin ödənilməsi üçün Sığortaçı yalnız ödənilmiş hesabları qəbul edir. Ödənilməmiş hesab təqdim etdikdə Sığorta olunan yazılı izahat verməlidir. Sığorta olunan tərəfindən poçt vasitəsi ilə alınmış ödənilməmiş hesablar alındığı gündən etibarən 15 (on beş) gün ərzində təqdim edilməlidir. 1.2.7 Müvafiq ərizə və sənədləri Sığorta olunan sığorta hadisəsinin baş verdiyi səfərdən qayıtdığı andan etibarən 30 (otuz) təqvim günü ərzində təqdim etməlidir (əgər sənədlər azərbaycan, rus, ingilis dillərində tərtib olunmayıbsa, sənədlərin əsillərinin tərcüməsi də əlavə edilməlidir). 1.3 Sığorta olunanın səhhəti və ya ona tibbi və əlaqədar xidmətlərin göstərilməsi barədə qəsdən yalan məlumat daxil edilmiş sənədlərin Sığortaçıya təqdim edilməsi; 1.4 qəsdən və ya ehtiyatsızlıqdan sığorta hadisəsi nəticəsində Sığortaçı tərəfindən ödənilməli olan ziyanın artmasına kömək etmək və ya bu zərərin azalması üçün ağlabatan tədbirlər görməmək. 1.5 Sığorta təminatının ödənilməməyi barədə qəbul olunmuş qərar haqqında Sığortalıya (Sığorta olunana) bu qərarın səbəblərini əks etdirən yazılı məlumat verilir. 1.6 könüllü sığorta növləri üzrə müvafiq sığorta qaydalarında nəzərdə tutulmuş Digər hallarda.

  • Avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə hadisə baş verdikdə necə hərəkət etməli?

    1. Dərhal və ya mümkün olan ən qısa müddətdə, lakin 24 saatdan gec olmayaraq hadisə barədə QƏZA KOMISSARINA (012)990, (+99450) 291-68-54 nömrələrinə zəng edərək, "Günay Sığorta" ASC-yə məlumat verməklə bərabər, həmçinin 102 xidmətinə zəng edərək DİN/DYP əməkdaşlarını hadisə yerinə dəvət edin. Qəza komissari həftənin 7 günü, günün 24 saatı ərzində xidmət göstərir. 2. Əmlakı hadisədən dərhal sonrakı vəziyyətdə saxlayın və qəza komissarının gəlməsini gözləyin. Qəza komissarı baxış keçirənədək əmlakın, onun tərkib hissələrinin yerini dəyişdirməyin. Hər bir halda qəza komissarının izah və göstərişlərinə əməl edin. 3. Sığortalı nəqliyyat vasitəsinin təmirinə "Günay Sığorta" ASC-nin nümayəndələrinin razılığı olmadan başlamayın. 4. Demontaj (hissələrin sökülməsi), bərpa və ya təmir işlərinə yalnız sığortaçı razılıq verdikdən sonra və aşağıdakı hallarda başlamaq olar: 4.1. Zərərin azaldılması, hadisənin nəticələrinin aradan qaldırılması, kiminsə xilas edilməsi, başqalarının hərəkətinə mane olmaması üçün zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə saxlanması mümkün olmadıqda; 4.2. sığortaçı hadisə barədə məlumatlandırıldıqdan 5 gün müddətində onun nümayəndəsi zərər dəymiş əmlaka baxış keçirmədikdə və ya yazılı razılıq verdikdə.